Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Arkadi Qukasyan: "Robert Koçaryan "Krunq" təşkilatının üzvü idi"
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla bağlı da danışıb.
Oxu.Az xəbər verir ki, o, 1988-ci ildə Qarabağda keçirilən mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib:
"Robert Koçaryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılardan olub, çünki "Krunq" təşkilatının üzvü idi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
"Robert Koçaryan" teqi üzrə xəbərlər
- Sabiqlər Paşinyana qarşı - Ermənistanda gizli ittifaq qurulur
- Ermənistanın keçmiş müdafiə nazirinə qarşı yeni ittihamlar irəli sürüldü: Neçə il həbs gözləyir?
- Ermənistanda Koçaryana qarşı yeni ittihamlar irəli sürülüb
- Robert Koçaryanın işi üzrə istintaq bərpa olunacaq
- Ermənistanı çalxalayan cinayətlər: Paşinyan hakimiyyətini nə ilə qorxudurlar?