Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Arne Slote "Liverpul"da tarixi rekorda imza atdı
"Liverpul"un baş məşqçisi Arne Slot komandanın tarixində Premyer Liqada keçirdiyi ilk 10 matçda 8 qələbə qazanan ilk baş məşqçi olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Opta Statistiks" məlimat yayıb.
Noyabrın 2-də "Liverpul" Premyer Liqanın 10-cu turunda səfərdə "Brayton"u 2:1 hesabı ilə məğlub edib.
Slotun yetirmələri, həmçinin "İpsviç", "Brentford", "Mançester Yunayted", "Vulverhempton", "Bornmut", "Kristal Pelas", "Çelsi" və "Brayton" üzərində də qələbə qazanıblar. İtirilən yeganə xallar evdə "Nottingem Forest"ə məğlubiyyətdən və keçən həftə "Arsenal"la heç-heçə olub.
"Liverpul" 8 qələbə qazanıb, 1 heç-heçə edib, 1 matçda uduzub, 19 qol vurub və 6-nı buraxıb. Komanda 25 xalla Premyer Liqada birinci yerdədir.
"Liverpul FK" teqi üzrə xəbərlər
- Məhəmməd Salah bu mövsüm rekordlarına daha birini əlavə etdi
- Məhəmməd Salah İngiltərə Premyer Liqasında rekorda imza atdı
- İngiltərə Premyer Liqası: "Liverpul" "Aston Villa" ilə bacarmadı
- Azarkeşlərin tənqidi "Liverpul" klubunu geri addım atmağa məcbur etdi
- Qvardiola üç ulduz futbolçusu ilə yolları ayırmağı PLANLAŞDIRIR