Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AŞPA-da Qarabağla bağlı məruzə
AŞPA-da “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə hazırlanacaq.
Oxu.Az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan AzərTac-a verilən məlumata görə, bu gün, AŞPA-nın Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.
Büro böyük səs çoxluğu ilə Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihələrini məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib.
Məruzə “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adı ilə yazılacaq.
"Ermənistan" teqi üzrə xəbərlər
- "Haber Global": "Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır"
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistana köçürür? - Pentaqondan AÇIQLAMA
- İsveç Xarici İşlər Nazirliyi sülh sazişi ilə bağlı Azərbaycan və Ermənistana çağırış etdi
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Ermənilər müharibəyə hazırlaşırlar - Postlardan görüntülər