AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri tezliklə Azərbaycana faktaraşdırıcı səfər edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax özünün “Twitter” səhifəsində yazıb.
“Novruz bayramı gəlir, həmçinin seçkilər və Azərbaycanın müstəqilliyinin 100 illiyi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik”, - deyə o qeyd edib.
#Azerbaijan #PACE soon the co-rapporteurs for azerbaijan will be back for fact finding visit and talks in baku - nowruz is coming, election too and the 100 year republic anniversary - we hope for a lot of amnesty of prisoners
— Stefan Schennach (@stefanschennach) 5 февраля 2018 г.
A.M.
www.oxu.az