Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Assambleya nümayəndəsi: "Seçki qanunvericiliyi ölkədə seçkinin şəffaf keçirilməsini təmin edib"
"1 sentyabr tarixində keçirilən parlament seçkisi ilk dəfə olaraq Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilib və bütün beynəlxalq prinsiplərə əməl edilib".
Oxu.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndəsi Andrey Yaçkin mətbuat konfransında deyib.
O bildirib ki, missiya 145 seçki məntəqəsini müşahidə edib:
"Seçki məntəqələrinin vaxtında açılmasını və bir seçki məntəqəsində ekzitpol keçirilməsini müşahidə etmişik. Müşahidələrimiz göstərir ki, Azərbaycan Respublikasının seçki qanunvericiliyi ölkədə seçkinin şəffaf keçirilməsini təmin edib".
Məhərrəm Əliyev