Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ATƏT DTİHB rəsmisi: “Məqsədimiz seçkinin standartlara uyğun olub-olmamasını qiymətləndirməkdir”
ATƏT-in seçki müşahidə missiyası bizim bütün ölkələrdə həyata keçirdiyimiz ümumi bir layihədir.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT DTİHB) qısamüddətli müşahidəçilər missiyasının Xüsusi Koordinatoru və rəhbəri Artur Gerasimov deyib.
O qeyd edib ki, layihəyə ATƏT PA-dan olan qısamüddətli müşahidəçilər, ATƏT DTİHB olan uzunmüddətli müşahidəçilər və DTİHB olan qısamüddətli müşahidəçilər daxildir:
“Müşahidəçilərin ümumi sayı üç yüzdən çoxdur. Onlar Bakıda, Sumqayıtda, Naxçıvanda və ölkənin digər regionlarında seçkini müşahidə edirlər”.
O qeyd edib ki, müşahidənin məqsədi seçkilərin standartlara uyğun olub-olmamasını müəyyən etməkdir.
“Burada aydın prinsiplər, standartlar, prosedur qaydalar var. Biz seçkinin bu qaydalara uyğun keçirilib-keçirilməməsini qiymətləndiririk. Bu qaydalar 1990-cı ildə qəbul olunmuş Kopenhagen sənədində əks olunub. Bizim müşahidəçilərimizin hamısı ciddi təlimdən keçib. Eyni zamanda onlar müşahidə ilə yanaşı, ölkədəki müxtəlif tərəflərlə görüşlər keçirib, məlumatlar alıblar”, - deyə A.Gerasimov bildirib.
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda ana və övladı dərmandan zəhərləndilər
- Sumqayıtda 40 yaşlı kişini bıçaqlayan tanışı saxlanıldı
- Çin şirkəti Azərbaycanda elektrik avtobusları istehsal edəcək
- Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimindən XƏBƏR VAR
- Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanıldılar - BİRGƏ ƏMƏLİYYAT