ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfərinin təxirə düşməsinə aydınlıq gəlib.
Xarici İşləri Nazirliyinin Mətbuat Xidmətinin sözçüsü Ayxan Hacızadə Oxu.Az-a açıqlamasında bildirib ki, E.Valtonenin bölgəyə səfəri Azərbaycan Respublikasından başlamalı idi.
"Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin, Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı.
Hazırda, Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır", - deyə A.Hacızadə bildirib.
Əzizə İsmayılova
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a məlumat daxil olub.
Qeyd olunub ki, Elina Valtonenin oktyabrın 13-15-i üçün Cənubi Qafqaza nəzərdə tutulan regional səfəri çərçivəsində Azərbaycana gəlməsi nəzərdə tutulmuşdu.
ATƏT-in fəaliyyətdə olan sədri oktyabrın 14-də Ermənistana səfər edib, sabah isə o, Gürcüstana gedəcək.