Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ATƏT PA-nın iclasında Azərbaycan-Ermənistan münasibətlərinin cari durumu müzakirə ediləcək
Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Ağalar Vəliyev, Tahir Mirkişili, Tural Gəncəliyev ATƏT PA-nın 22-ci qış sessiyasında iştirak üçün fevralın 21-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, fevralın 22-də ATƏT PA Bürosunun iclası keçiriləcək. Milli Məclisin deputatları, həmçinin üç ümumi komitənin birgə toplantısında, habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin yığıncaqlarında iştirak edəcəklər.
Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək və ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.
Fevralın 24-də isə Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə yaradılmış İpək Yolu Qrupunun növbəti iclası keçiriləcək. Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə öz münasibətini bildirəcəklər.
Səfər fevralın 25-də başa çatacaq.
"Avstriya" teqi üzrə xəbərlər
- Avstriya vətənlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro ödəyəcək
- Avstriya məktəbində mumiyalanmış uşaq meyiti aşkarlandı
- Avstriyada Motsartın adına şokolad istehsal edən zavod bağlanıb
- Avstriyada şəhər meri güllələndi
- "Coca-Cola" onmilyonlarla şüşəni geri çağırır - Tərkibində təhlükəli hissəciklər var