- Ukraynada baş verənlərin fonunda ekspertlər cəmiyyətində Rusiyaya birləşdirilən Krımın ardınca postsovet ölkələrinin digər regionlarının da onun ardınca RF tərkibinə yollanacağı barədə hipotezlər qurulur. Bu kontekstdə Dnestryanının adının növbəti region kimi çəkilməsi sirr deyil. Bu barədə nə düşünürsünüz?
- Ombudsman olaraq bu məsələlərə insan haqlarının qorunması prizmasından baxıram. Əlbəttə ki, biz də dünyada və hər şeydən öncə yaxın qonşumuz – Ukraynada baş verənlərdən narahatıq.
Digər tərəfdən də biz Rusiyanın müdaxiləsindən yan keçəcəyimizə ümid edirik. Belə ki, bizim Rusiya ilə sərhədlərin toxunulmazlığı haqqında müqaviləmiz var. Biz təfəkkürə inanırıq, ümid edirik ki, bu müqavilə qüvvədə qalacaq.
Bununla əlaqədar diqqətinizə çatdırmaq istərdim ki, Bakıda İkinci açıq cəmiyyətlər forumu məhz sülhün nə qədər qeyri-sabit olduğunu və bizim dövlətlərin sərhədlərinin dəyişməsinə öz mövqeyimizi nə dərəcədə bildirəcəyimizi müəyyənləşdirməyə yönəlib.
Ona görə də fikirləşirəm ki, İlham Əliyevin Praqada Şərqi Əməkdaşlıq Sammitində verdiyi bəyanatda sərhədlərin dəyişdirilməsinin və özünüidarə məsələlərində müdaxilənin yolverilməz olduğu barədə siyasətçilərin mövqeyini, konkret dövlət başçısının mövqeyini bildirib.
Çerçil bir zamanlar: Siyasətçi dövlət xadimindən nə ilə fərqlənir? Siyasətçi qarşıdakı seçkilər barədə, dövlət xadimi isə millətin maraqları barədə düşünür” deyib.
Düşünürəm ki, Bakı forumu orda iştirak edən siyasətçilərə bu məsələlərdə dövlət xadimi kimi xalqın, yaşadığımız ölkənin maraqları çərçivəsində öz münasibətini formalaşdırmaq imkanı verəcək. Bu maraqları irəli sürərkən isə bütün dünyanın maraqlarını da unutmayaq.
- Rusiyada müxtəlif politoloqların və hətta Jirinovski kimi məmurların səviyyəsində Dnestryanı, Dağlıq Qarabağ kimi regionlar, hətta Azərbaycan və Moldova belə tamamən Rusiya ərazisinin bir hissəsi olmalıdır. Necə düşünürsüz, belə bəyanatlar rəsmi Moskvanın mövqeyini nə dərəcədə əks etdirir?
- Hər şeydən öncə düşünürəm ki, Parlament deputatının belə söz söyləməsi yolverilməzdir. Jirinovski kimi siyasətçi belə fikirləri öz fikirləri kimi ifadə edəndə belə öz rəhbərliyinin fikrinin siqnalı kimi çıxış edir. Aydındır ki, belə bəyanatlar boş yerə söylənmir. Digər tərəfdən onlar bizə bu məsələlər barədə konkret düşünmək və gələcəkdə bu problemlərin inkişaf etməsinin qarşısını almaq üçün müştərək əməkdaşlıq imkanı yaradır.
Əlbəttə ki, fikirləşmək lazımdır, bunu tamamən görməzlikdən gəlmək olar. Bir tərəfdən, onlara ciddi yanaşmaq lazım olduğunu demək çətindir, digər tərəfdən isə hər zarafatda bir gerçək gizlənir. Ona görə də belə məsələlərə çox diqqətlə yanaşmaq və incə davranmaq lazımdır.
- Hər iki ölkə, həm Azərbaycan, həm də Moldova ərazisinin işğal edilməsindən əziyyət çəkir. Hər iki ölkə dünya ictimaiyyətini bu münaqişələri millətlərin öz müqəddəratını həlletmə hüququnu, məhz inkişaf etmiş Avropa təcrübəsinə əsaslanaraq ərazi toxunulmazlığını pozmadan həll edilməsinin vacib olduğundan necə əmin edə bilər?
- Məlumdur ki, bütün yeniliklər unudulan məhfumlardır. Hal-hazırda Azərbaycan bunu çox yaxşı edir. Bununla da separat ərazi olan Dağlıq Qarabağa da bu iqtisadi inkişafın onlar üçün də real perspektivlərin vəd etdiyini anlamaq imkanı verir.
Mənim ölkəmə gəldikdə isə, Moldova indi Avropa ilə assosiasiya sazişi imzaladıqdan sonra unikal şansa malikdir. Bu gün (28 aprel – red.) bizim üçün çox əlamətdardır, bu gündən etibarən Moldova Respublikasının vətəndaşları Şengen zonasının ölkələrinə viza olmadan, yalnız biometrik pasportlarla səfər edə bilərlər.
Bizdə Dnestryanı regiondan moldovan pasportunu almaq arzusunda olan vətəndaşların sayı iki dəfə artıb. Bu nə deməkdir? Bu o deməkdir ki, insanlar özləri seçim edirlər. Bu da məsələnin alternativ həlli.
Güc tətbiq etmədən, heç bir hərbi əməliyyat keçirmədən, heç bir təsir göstərmədən insanlar özləri seçim edirlər. Avropa ölkələrinə səfər etməyə hazırlaşan vətəndaşlar biometrik pasportlar almaq üçün müraciət edərkən sol sahildə mövcud olan separat hərəkatın deyil, məhz respublikanın siyasətinə tərəfdaş olduqlarını bildirirlər.
Ona görə də mən bunu belə problemlərin sülh yolu ilə tənzimlənməsi istiqamətində atılan addım hesab edirəm.