Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropa İttifaqı Suriyanın yeni hakimiyyəti ilə diplomatik əlaqələr qurur
Avropa İttifaqı Suriyanın yeni hakimiyyəti ilə diplomatik əlaqələr qurur.
Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, yeni hakimiyyətlə əlaqələr qurmaq üçün Avropa diplomatlarına Dəməşqə səfər etməyi tapşırdığını deyib.
"Mən Avropanın Suriyadakı yüksəksəviyyəli diplomatlarına yeni hökumət və yerli əhali ilə əlaqələr qurmaq üçün Dəməşqə səfər etmələrini tapşırmışam", - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.
Kallas əlavə edib ki, Aİ ölkələrinin XİN başçılarının görüşündə, həmçinin, Avropanın Suriyanın yeni hökuməti ilə necə qarşılıqlı əlaqədə olacağı məsələsi müzakirə ediləcək.
"Kaya Kallas" teqi üzrə xəbərlər
- Aİ diplomatiyasının rəhbəri Rusiyanın aktivlərinin müsadirəsindən danışdı
- Avropa İttifaqı ABŞ ilə "müharibə"yə hazırlaşır
- Avropa diplomatiyasının rəhbəri: "Aİ-nin öz ordusuna ehtiyacı yoxdur"
- Ceyhun Bayramov Aİ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib
- Aİ rəsmisi Ukraynaya qoşun göndərilməsini istisna etməyib