Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avropada Dilqəm və Şahbaz müzakirəsi: Onlar azad olunanda orada olmaq istəyirəm
Azərbaycanlı iki məcburi köçkün - Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Bu mülki şəxslər Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən girov götürülüblər.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı heyətinin üzvü Qənirə Paşayeva qurum yaz sessiyasında bildirib.
“Artıq neçə vaxtdır Azərbaycan hökuməti “hamı hamıya” prinsipi əsasında hər iki tərəfin saxladığı şəxslərin dərhal azad edilməsi çağırışını edib. Təəssüf ki, hətta bütün insan haqlarına hörmət edəcəyini iddia edən indiki Ermənistan rəhbərliyi Azərbaycanın bu mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir. Nə vaxta qədər Avropa Şurasının müvafiq qurumları Azərbaycanın bu iki mülki şəxsinin taleyi ilə bağlı səssiz qalacaq?”- deyə, Q. Paşayeva sonra Azərbaycan nümayəndə heyəti adından Avropa Şurasının (AŞ) İnsan haqları üzrə komissarı Dunya Miyatoviçə verib.
D. Miyatoviç isə cavabında AŞ-nin bu işlə məşğul olduğunu, hər iki ölkənin hakim dairələri və vasitəçilər ilə əlaqə saxladıqlarını bildirib:
“İki ölkənin prezidentlərinin görüşündən sonra vəziyyət yaxşıya doğru inkişaf edir. Buna sevinirik. İnsanları sülhə hazırlayırlar. Bu, o deməkdir ki, insan hüquqlarına riayət olunmalıdır. Mən çox istərdim bu şəxslərin azad olmasında iştirak edim. Mən bütün bu prosesləri izləyəcəyəm. Liderlər əmin olmalıdır ki, onların sülhə hazırlığı müəyyən nəticələr verməlidir”.
Kamil HƏMZƏOĞLU
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb