Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun maliyyələşmə mənbələrinin sayı artırılıb
Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun yaradılması haqqında" 12 oktyabr 2006-cı il tarixli sərəncamına dəyişiklik edib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, fondun maliyyələşmə mənbələrinin sayı artırılıb. Belə ki, gələn ildən fondun büdcəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına da formalaşdırılacaq.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Bakının bir küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
- Paytaxtın beş rayonunda 60 min manatlıq cinayət: Baş Prokurorluq məlumat yaydı
- Gəncə lll MDB oyunlarına hazırlaşır: Abadlıq və bərpa işləri aparılır
- BDYPİ paytaxtdan Quba istiqamətində gedən sürücülərə xəbərdarlıq edib
- Prezident İlham Əliyev AAYDA-ya 1,5 milyon manat ayırdı
Ən çox oxunanlar