Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
AYİB prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransında ən yüksək səviyyədə təmsil olunacaq.
Bankdan "Report"a verilən məlumata görə, konfransda AYİB prezidenti Odil Reno-Basso, bankın birinci vitse-prezidenti Yürgen Riqterink, siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və iqlim strategiyası və tətbiqi üzrə idarəedici direktor Harri Boyd-Karpenter iştirak edəcək.
"Builki tədbir özəl sektorun səfərbər edilməsinə xüsusi diqqət yetirməklə, iqlim maliyyələşdirilməsi vasitəsilə iqlim fəaliyyətinin sürətləndirilməsinə yönəldiləcək", - bankdan bildirilib.
COP29 çərçivəsində AYİB digər beynəlxalq maliyyə institutları və təşkilatları ilə birgə iqlim dəyişikliyi ilə mübarizəyə, karbonsuzlaşdırmaya həsr olunmuş 11 müxtəlif tematik tədbir təşkil etməyi planlaşdırır.
Bankdan qeyd edilib ki, AYİB davamlı olaraq "yaşıl" inkişafın, davamlılığın və innovasiyanın təşviqinə sadiqdir.
"AYİB bankın biznesinin azı yarısının "yaşıl" olmasını təmin etməyə çalışır. Ötən il bankın "yaşıl" maliyyələşdirməsi 6,5 milyard avroya çatıb", - bankdan vurğulayıblar.
"COP29" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Davosda Xorvatiyanın baş naziri ilə görüşüb
- Muxtar Babayev: "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur"
- Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər
- Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun sessiyasında iştirak edib
- Sülh və sabitlik hədəfləyən ortaq maraqlar: Azərbaycan və BƏƏ əməkdaşlığı uğurla inkişaf etdirilir