Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ayxan Hacızadə: "Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir"
"Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfiri Ann Buayona cavabında deyib.
O qeyd edib ki, Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi, görünür, yeni üsuldur:
"Amma bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı səfirliyi yalnız Fransaya səfər üçün viza vermir".
A.Hacızadə vurğulayıb ki, real göstərici isə əslində, budur:
"Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb. 2023-cü ilin sentyabrında 536, oktyabrında 467, 2024-cü ilin sentyabrında 562 nəfər, oktyabrında isə 605 nəfər olub".
Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon bu gün öz "X" hesabında paylaşım edərək bildirib ki, Azərbaycandan Fransa səfirliyinə bu il viza müraciətlərinin sayı artıb.
Xanım səfir @Niece_de_Rameau, hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir.
— Aykhan Hajizada (@Aykhanh) December 19, 2024
Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür ki, yeni üsuldur.
Amma, bir daha bu strategiyanın doğru faktları əks… https://t.co/BX3cxEbLpF
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Azərbaycan "İslam səkkizliyi" təşkilatına üzv seçildi
- Ayxan Hacızadə: "ABŞ-nin Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir"
- Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək
- Azərbaycan İranda konsulluq fəaliyyətini bərpa edir
- Rəsmi Bakı ABŞ dövlət katibi Antoni Blinkenin qərəzli bəyanatını rədd edib