Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ayxan Hacızadə Paşinyana cavab verdi
"Qoy əməlləriniz sözlərinizdən üstün olsun. Maraqlıdır ki, sizin "sülhsevər narrativiniz" regionda davamlı sülh və sabitliyin yaradılmasının ən vacib sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət məsələsini kənarda qoyur".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.
O bildirib ki, əgər Ermənistan həqiqətən qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, niyə "Qərbi Ermənistan" və "Dağlıq Qarabağ Respublikası" adlandırdıqları ərazilərə iddialarından konstitusiyalarının və milli qanunvericiliklərinin çərçivəsində imtina prosesinə başlamaqdan bütün vasitələrlə imtina edirlər?
"Təəssüf ki, sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi kimi qəbul edilə bilməz", - deyə XİN sözçüsü vurğulayıb.
"Ayxan Hacızadə" teqi üzrə xəbərlər
- Rəsmi Bakıdan Mirzoyanın Qərbi Azərbaycan İcması ilə bağlı səsləndirdiyi iddialara CAVAB
- Azərbaycan XİN-dən Makrona sərt cavab
- XİN rəsmisi: "Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur"
- Prezident göstəriş verdi: Azərbaycandan Suriyaya humanitar yardım yola düşdü
- Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişəcək