Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azər Badamov: "Fransa Yeni Kaledoniyanı quldarlıq dövrünün qanunları ilə idarə etməyə çalışır"
"Fransa Yeni Kaledoniyanı quldarlıq dövrünün qanunları ilə idarə etməyə çalışır".
Bunu Oxu.Az-a açıqlamasında Yeni Kaledoniya mövzusunu şərh edən Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, öz müstəqilliklərinə qovuşmaq istəyən kanak xalqına qarşı güc işlədilir və Yeni Kaledoniyanın qanunlarını öz iradəsinə uyğunlaşdırır:
"Məhz Yeni Kaledoniyaya Fransa ordusunun yeridilməsi, yüzlərlə insanın öldürülməsi, həbs edilməsi və işgəncələrə məruz qalması zor gücü ilə kanakları öz tabeçiliyində saxlamaqdan irəli gəlir.
Yeni Kaledoniyada nəzarətin əldən çıxacağı təqdirdə Fransa oradan talayıb gətirdiyi nikel resurslarından məhrum olacaq. Ona görə də Fransa hər vasitə ilə Yeni Kaledoniyanı və dənizaşırı ölkələrini öz koloniyası kimi saxlamağa çalışır".
Deputat qeyd edib ki, bu gün Yeni Kaledoniyada baş verənlər heç də insanlığa, insan hüquq və azadlıqlarına, demokratiyaya xas olan məsələlər deyil:
"TikTok" şəbəkəsini bağlamaqla, internetə çıxışı mədudlaşdırmaqla kanaklara qarşı törədilən cinayətləri beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışan Fransanın ümumiyyətlə insan haqlarından danışmağa haqqı yoxdur. Hətta Fransanın azad mediası da Yeni Kaledoniyada baş verən hadisələri işıqlandırmır. Bu, Fransanın kanaklara qarşı törətdiyi cinayətlərini ört-basdır edilməsinə hesablanıb".
"Yeni Kaledoniyada baş verən hadisələrə dünya ictimaiyyəti reaksiya verməlidir. O cümlədən BMT-də bu məsələ müzakirə olunmalıdır. Fransanın neokolonalizm siyasəti ifşa olunmalı və Yeni Kaledoniyada törədilən cinayətlərin araşdırılması üçün monitorinq qrupu yaradılmalıdır. BMT-də belə bir monitorinq qrupu yaradılarsa, biz də bu nümayəndə heyətinin tərkibində araşdırmalarda iştirak edə bilərik. XXI əsrdə insanları istismar etmək, xalqları güc yolu ilə assimilyasiyaya məruz qoymaq və onların təməl hüquq və azadlıqlarından məhrum edilməsi yolverilməzdir", - A.Badamov əlavə edib.
Nəzrin Vahid
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib