Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azər Badamov: "Zəfər yolu qələbəmizin rəmzidir"
"Zəfər yolu qələbəmizin rəmzidir".
Bunu Oxu.Az-a Zəfərə yolumuz ilə bağlı fikirlərini şərh edən zaman Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz müzəffər Ali Baş Komandanın əmrini rəhbər tutaraq heç vaxt yol olmayan ərazilərdən döyüşərək gedib bizə qələbəni qazandırıblar:
"Məhz Şuşada üçrəngli dövlət bayrağımız dalğalanandan sonra dövlət başçımızın verdiyi ilk tapşırıqlardan biri Şuşaya Zəfər yolunun çəkilməsi olub.
Zəfər yolu qısa zaman kəsiyində yüksək keyfiyyətlə inşa olunaraq istismara verildi. Torpaqlarımız işğaldan azad olunduğu ilk vaxtdan başlayaraq Şuşaya yolumuz Zəfər yolu vasitəsilə oldu.
Təbii ki, qəhrəman xalq zəfər yolu ilə hərəkət etməli idi. Bu yol vasitəsilə Türkiyə prezidenti Şuşaya səfər etdi, iki ölkə arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı. Bu gün işğaldan azad olunmuş ərazilərimiz yenidən qurulur bərpa edilir, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. O cümlədən, bu il şuşalıların da Şuşaya qayıdışı baş tutdu.
Bu gün Şuşaya hər istiqamətdən yollar açıqdır. O cümlədən Xankəndini də azad etmişik və o istiqamətdən də Şuşaya gəlirik. Amma Zəfər yolunun müasir Azərbaycanın tarixində öz yeri var və bu yol zəfərimizin daşıyıcısı olaraq həmişə açıq olacaqdır".
Nəzrin Vahid
"Zəfər Yolu" teqi üzrə xəbərlər
- Hərbçilərimizi Şuşaya aparan cığır üzərində qurulan, qələbəmizin simvollarından biri olan ZƏFƏR YOLU
- AYNA rəsmisi: "Zəfər yolunda elektron tərəzinin quraşdırılmasına başlanılıb"
- Xankəndiyə necə getmək olar?
- Füzuli Beynəlxalq Hava Limanı: Qarabağın hava qapısı və inkişaf simvolu
- Bayram namazının vaxtı AÇIQLANDI