Belqradda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
Oxu.Az-ın Regnum - a istinadən verdiyi xəbərə görə, toplantıda əməkdaşlıq üzrə cari məsələlər, siyasi, digər sahələr və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə GUAM-ın ABŞ, Yaponiya kimi tərəfdaş ölkələr, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığına yüksək qiymət verilib.
İclasda bildirilib ki, 1 yanvar tarixindən başlayaraq təşkilata sədrliyin Azərbaycan keçəcək, baş katibin isə Altay Əfəndiyev olacaq.
www.oxu.az