Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan Belarusda prezident seçkilərini müşahidə edəcək
Belarusda prezident seçkilərinin monitorinqi üçün artıq 516 yerli müşahidəçi akkreditasiyadan keçib. Bununla yanaşı Müstəqil Dövlətlər Birliyinin missiyasının tərkibinə 400 müşahidəçi daxil olacaq.
Oxu.Az Rosbalta istinadən xəbər verir ki, bu barədə Respubliaknın Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina ilə MDB müşahidəçiləri missiyasının rəhbəri, İcra komitəsinin sədri Birliyin icraçı katibi Sergey Lebedev arasında görüşdə bildirilib.
“Ölkədə artıq 516 milli müşahidəçi akkreditasiyadan keçib və bu beynəlxalq müşahidəçilərə yardım edəcək ictimai təməldir”, - Yermoşina deyib.
Lebedev öz növbəsində bildirb ki, Belarusda preizdent seçkilərində Birliyin missiyasının tərkibində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Ermənistan, Azərbaycan, Türkmənistan nümayəndələri olacaq.
“Bu müşahidə üçün iştiraklarını təsdiq edən dövlətlərdir”, - missiyanı başçısı qeyd edib.
Xatırladaq ki, Belarusda prezident seçkiləri 2015-ci ilin oktyabr ayının 11-nə təyin edilib.