Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizin “Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) qoşulması barədə qanunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, qanun Azərbaycanın 1999-cu il 3 iyun tarixli Vilnüs Protokolu ilə dəyişikliklər edilmiş 1980-ci il 9 may tarixli “Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya müvafiq qeyd-şərt və bəyanatlarla qoşulmasını nəzərdə tutur.
Ülviyyə R. Əli
www.oxu.az