Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir”, - Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.
Qeyd edək ki, partlayışlar nəticəsində yaralıların sayı 211 nəfərə, ölənlərin sayı 103 nəfərə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.
Azərbaycan İrana başsağlığı verib - FOTO/VİDEO
We express heartfelt condolences to the families of the victims of the terrorist act in Kerman province of #Iran, and wish a speedy recovery to those injured.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 3, 2024
As a country deeply suffered from terrorism, #Azerbaijan condemns all its forms & manifestations.