"Biz bu gün, həqiqətən də təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, sərmayələr, enerji təhlükəsizliyi və sıra digər mövzular üzrə tarixi bir günə şahidlik edirik".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.