Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüşün avqustun 15-də Alyaskada baş tutacağını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Uşakov bildirib ki, Rusiya və ABŞ yaxın qonşudurlar, ona görə də liderlərin sammitinin Alyaskada baş tutması məntiqlidir.
O qeyd edib ki, görüş zamanı dövlət başçıları Ukrayna böhranının uzunmüddətli həllinə diqqət yetirəcəklər.
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüşün tarixi və məkanını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"Mənim və Rusiya Prezidenti Vladimir Putin arasında çoxdan gözlənilən görüş gələn cümə günü, avqustun 15-də böyük Alyaska ştatında baş tutacaq", - o bildirib.
Tramp təfərrüatın ictimaiyyətə daha sonra açıqlanacağını qeyd edib.
