Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan Prezidenti: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"
"Ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.
Bu reallıqları Vətən müharibəsinin yaratdığını qeyd edən dövlətimizin başçısı bildirib: "Dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Bəhruz Məhərrəmov: "Qərb üçün diktə edə bilmədiyi bütün mətbəxlər çirklidir"
- Ki-Uestin sirr pərdəsini açarkən və ya Heydər Əliyevin ustad dərsi - Caliber.az-da tarixə ekskurs
- Fatih Birol "Dostluq" ordeni ilə təltif edildi
- Bir qrup gəncə Prezident mükafatları verildi
- Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə keçəcək