Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan Prezidenti: “COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük”
“Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
- İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
- İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib