Azərbaycan prezidenti İlham Əliyev finlandiyalı həmkarı Sauli Niinistönü ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Oxu.Az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Finlandiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcək. Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm”.