İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da Tehranda bu ölkənin ali dini lideri Ayətullah Seyid Əli Xamneyi ilə görüşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi xəbər verir.
Görüşün detalları barədə hələlik heç bir xəbər verilməyib.
Azərbaycan prezidenti İlham Əliyev və İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi təkbətək görüş keçiriblər.