Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına birgünlük rəsmi səfəri başlayıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, İran agentliyinin verdiyi məlumata görə, dövlət başçısını rəsmi Tehranın Mehrabad hava limanında ölkənin rabitə və texnologiyalar naziri Mahmud Vaizi qarşılayıb.
Prezident İlham Əliyev bir neçə saatdan sonra İran Prezidenti Həsən Ruhani tərəfindən Tehranın Sədabad sarayında təntənəli şəkildə qarşılanacaq.
Səfər zamanı ikitərəfli əlaqələri əhatə edən mövzulardan əlavə, regionda baş verən məsələlər müzakirə ediləcək, bir sıra sənəd imzalanacaq.