Rusiya saytı novate.ru postsovet məkanının ən qeyri-adi aerovağzallarının siyahısını dərc edib.
Oxu.Az AzərTac-a istinadən bildirir ki, siyahıda məşhur Arup memarlıq şirkətinin layihəsi ilə tikilmiş H.Əliyev adına beynəlxalq aeroport da var.
Saytın yazdığına görə 65 min kvadratmetrlik sahəsi olan bina, yüksəkdən baxarkən uçmağa hazırlaşarkən qanadlarını açmış quşa və ya uçuş meydançasından qalxan təyyarəyə bənzəyir.
Siyahını hazırlayanların fikrinə görə, aeroportlar və vağzallar yalnız rahat infrastruktur obyektləri deyil, eləcə də memarlıq əsəri, şəhərin vizit kartıdır kimi, dünya tendensiyası artıq postsovet məkanına da gəlib çatıb.
Novate.ru-nun fikrinə görə Çariça Tamara aeroportu (Gürcüstan), Astana aeroportu (Qazaxstan), Xantı-Mansiysk aeroportu (Rusiya), Tallin aeroportu, Belqorod aeroportu (Rusiya) və Pulkovo aeroportu (Sankt-Peterburq) da qeyri-adi aeroportlar sırasındadırlar.
