Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan Prezidenti: "Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır"
"Tarixən imperialist qüvvələr "böl və hökm sür" prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar. Amma buna son qoyulmalıdır və müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.
"Gözümüzün önündə olan bir çox ölkələr xarici müdaxiləyə məruz qalırlar və bu, o ölkələrin mənəvi və genetik kodunu da faktiki olaraq sarsıdır. Zəif ölkələrə yad dəyərlər, mənfi dəyərlər aşılanır. Zəif deyəndə, ölkə zəif ola bilməz. Liderlər əgər zəifdirlərsə, onda ölkə zəif sayılır. Ona görə biz bu işə öz gündəliyimizlə hazırıq, gündəliyimiz də var. Yəni ki, bizim siyasətimiz artıq bunu göstərir", - deyə dövlətimizin başçısı əlavə edib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb
- Azərbaycan hansı kritik addımları atacaq? - BAKU AKTUAL
- Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
- Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək
- İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib