Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident İlham Əliyev: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"
"Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Yaxın və orta keçmişə nəzər saldıqda, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmadığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: "Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən".
Azərbaycan Prezidenti əlavə edib ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı o qədər də çox deyil.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindən videoçarx paylaşıb
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
- İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
Ən çox oxunanlar