Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının baş katibini qəbul edib - YENİLƏNİB + VİDEO
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
President.az xəbər verir ki, seçkidə inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatı adından təbriklərini çatdıran Kubanıçbek Ömüralıyev təşkilatın geniş müşahidə missiyası ilə bu seçkini müşahidə etdiklərini, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şuşada, Xankəndidə və azad edilmiş digər ərazilərdə olduqlarını, TDT ailəsinə daxil olan başqa təsisatlarla əlaqələndirilmiş şəkildə bu seçki prosesini müşahidə etdiklərini vurğulayıb. Qonaq seçkinin çox mükəmməl və peşəkarlıqla təşkil olunduğunu qeyd edib.
TDT-nin baş katibi şanlı Qarabağ Zəfəri və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə əlaqədar Azərbaycan xalqının bu seçkilərdə xüsusi əhvali-ruhiyyə ilə seçki hüquqlarından istifadə etdiklərini deyib.
Kubanıçbek Ömüralıyev qeyd edib ki, bu gün TDT-nin müşahidə missiyasının mətbuat konfransı olacaq və missiya seçki ilə bağlı müşahidələrinin nəticələrini bəyan edəcək.
Prezident İlham Əliyev TDT-nin müşahidə missiyasının bütün üzvlərinə seçkiləri müşahidə etdiklərinə görə minnətdarlığını bildirib.
Kubanıçbek Ömüralıyev qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinə və tərəfdaşlığın daha da yüksəlməsinə daim öz töhfələrini verir.
Görüşdə bu il Azərbaycanda TDT-nin qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi məmnuniyyətlə qeyd edilib. Təşkilatın bundan sonra da inkişafının, əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək yeni layihələrlə çıxış etməsinin vacibliyi diqqətə çatdırılıb.

11:03
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
Bununla bağlı President.az məlumat yayıb.
"Kuba" teqi üzrə xəbərlər
- ABŞ yeni siyahı hazırlayır: Hansı ölkə vətəndaşlarının ölkəyə girişi tamamilə qadağan ediləcək?
- ABŞ Meksikadakı narkotik bazalarına aviazərbələr endirə bilər
- Kubadan USAID-ə qarşı ağır ittihamlar
- Kubada timsahlar sərxoş kişini parçaladılar
- Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq