Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Prezidenti Yəmənin vitse-prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi COP29-un mükəmməl səviyyədə keçirilməsinə və yüksək təşkilatçılığa görə təbriklərini çatdırıb. Yəmənin vitse-prezidenti vurğulayıb ki, Azərbaycanın bu uğuru bütün islam dünyasının uğurudur. O, bu günlərdə dünyanın hər yerindən xeyli sayda nümayəndələrin, dövlət və hökumət başçılarının Azərbaycana gəlməsini mühüm hadisə kimi qiymətləndirib, COP29-da böyük nəticələrin əldə olunduğunu vurğulayıb.
Qonaq Bakı şəhərinin gözəlliyinin onları valeh etdiyini deyib.
Abdulla Al-Alimi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. O, yəmənli tələbələrin hələ sovetlər dövründə Azərbaycanda təhsil aldıqlarını xatırladaraq, bu ənənələrin davam etdirilməsini xahiş edib.
Dövlətimizin başçısı xoş sözlərə və təbriklərə görə təşəkkürünü bildirib, COP29-un Azərbaycanda uğurla keçirilməsinin bizim müştərək uğurumuz olduğunu deyib.
Prezident İlham Əliyev işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində maddi mədəniyyət irsimizi, o cümlədən islam dininə aid olan müqəddəs ibadətgahlarımızı, ocaqlarımızı darmadağın etdiyini, məscidlərdə donuz saxlayaraq təhqirlərə məruz qoyduğunu bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistanın bu işğalına son qoyub.
Görüşdə islam həmrəyliyinin vacibliyinə toxunulub, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub, Azərbaycan ilə Yəmənin daim bir-birinin yanında olduqları vurğulanıb, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidentinin bəyanatı Sen-Martendə böyük rezonans doğurub
- "Siyasi partiyalar haqqında" Qanunun icrası ilə bağlı bəzi qanunlara dəyişiklik edildi
- Prezident yaşıl enerji sahəsində dörd ölkənin imzaladığı sazişə düzəliş protokolunu TƏSDİQLƏDİ
- Səfir: "Azərbaycan torpaqlarının işğalı strategiyaları Ruandada tətbiq edilənlərlə eynidir"
- İlham Əliyev Avropa Komissiyası və Avropa İttifaqı Şurasının rəhbərlərinə məktub göndərib