Dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin, dövlət başçılarının, nəhəng şirkət və təşkilat rəhbərlərinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin müdrik siyasəti nəticəsində qardaş Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycanın deyil, həm də türk dünyasının böyük uğurudur.
TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu hamımızı sevindirdi və türk xalqları arasında mədəni inteqrasiyanın inkişafı istiqamətində gələcək fəaliyyətimizin geniş vüsət alması üçün bizi daha da ruhlandırdı.
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirdiyimiz tədbirlərin uğurla başa çatdırılmasında Sizin TÜRKSOY-a dəstəyinizi daim hiss etdiyimizi xüsusi vurğulamaq istəyirəm.
Möhtərəm Prezident, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Zati-alinizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.
16:31
Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevə yazır:
“Əziz İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Sizi Yeni il münasibətilə də təbrik edirəm. Qoy gələn il Azərbaycan və bütün türk dünyası üçün qələbələr ili olsun!
Sizin səmərəli fəaliyyətiniz nəticəsində bütün dünya Azərbaycanla bağlı həqiqətlər, ölkənizin və xalqınızın qazandığı nailiyyətlər haqqında məlumatlıdır.
Nəticələri ölkəniz və bütövlükdə region üçün taleyüklü olacaq növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirəm”.
Moldova Respublikasının Prezidenti Maya Sandu da Azərbaycan Prezidentini təbrik edib. Onun məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan tərəfdaşlıq daha da möhkəmlənəcəkdir. Ehtiyac duyduğumuz vaxtlarda Azərbaycanın və şəxsən Sizin ölkəmizə göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Mən bunu ölkələrimizin dostluğunun əyani təsdiqi kimi dəyərləndirirəm. Əməkdaşlığımızın gələcəkdə daha da dərinləşəcəyinə inanıram. Sizə uğurlar və ölkənizə davamlı inkişaf, firavanlıq arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
14:11
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Azərbaycan Prezidentinə ünvanladığı məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan Respublikası siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə böyük uğurlar qazanmağa davam edir. Dövlət xadimi kimi müdrikliyiniz və zəngin həyat təcrübəniz Sizə respublikada və onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.
Sizin Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amil olan Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, ölkələrimizə dost olan xalqların maraqları naminə, o cümlədən Qərbin müasir neokolonializm siyasəti ilə mübarizə çərçivəsində dialoqun ardıcıl surətdə inkişafının ciddi perspektivləri var.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar diləyirəm”.
12:32
Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlir.
President.az-ın məlumatına görə, Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Azərbaycan Prezidentinə yazır:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizə cansağlığı, firavanlıq, Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla gerçəkləşməsini, bütün Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni və böyük nailiyyətlər arzulayıram”.
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul da İlham Əliyevi təbrik edib:
“Möhtərəm cənab Prezident.
İcazə verin, qaqauz xalqı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün planlarınızın uğurla həyata keçməsini arzulayıram.
Sizin zəngin siyasi təcrübəniz, enerjiniz və peşəkarlığınız, eləcə də ən çətin məsələlərdə düzgün qərar vermək bacarığınız sayəsində Azərbaycan bu gün böyük iqtisadi nailiyyətlər qazanıb və inkişaf etmiş beynəlxalq subyektlərdən biridir.
Eyni zamanda, icazə verin, Qaqauz sakinlərinə göstərilən diqqətə, eləcə də Qaqauz Muxtariyyəti ilə əməkdaşlığın inkişafına verdiyiniz böyük töhfəyə görə Sizə dərin minnətdarlığımı bildirim. Qaqauz regionunun təşəbbüslərinə Sizin diqqətiniz etimadlı qarşılıqlı münasibətlərin sübutudur.
Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının tərəqqisi və inkişafı naminə ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan gələn təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.
bp şirkəti olaraq biz Azərbaycanda dünyamiqyaslı enerji layihələrinin əməliyyatçısı olmaqdan qürur duyuruq. Bu strateji enerji layihələrinin gerçəkləşməsi Sizin rəhbərliyiniz və daimi dəstəyiniz sayəsində mümkün olub.
Biz Azərbaycan hökuməti və SOCAR ilə səmərəli əməkdaşlığımızdan məmnunluq duyuruq və bu strateji tərəfdaşlığın uzun illər davam edəcəyinə əminik.
Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə də təbrik edirəm. Yeni ildə Sizə, yaxınlarınıza və Azərbaycan xalqına firavanlıq, sülh və rifah arzulayıram”.