AzNews.az-ın məlumatına görə, prezidentliyə namizəd bunu hakimiyyətin muzdlu jurnalistlərin etdiyini yazıb:
“APA TV- də mənim inəklərimin tərəfdarı çıxdı. Başqa namizədlərin özünü göstərirlər, mənim isə inəklərimi. Qabaqlar jurnalistləri işə götürəndə bir neçə aylıq sınaq müddəti olurdu. İndi sınaq əvəzinə jurnalistləri müxalifət nümayəndələrinə qarşı tərbiyəsizlik testindən keçirilir. Bu testdən keçənlər hakimiyyətin çoxsaylı mətbuat orqanlarında tədricən təkmilləşir, irilənir, kökəlir, lap “istedadlıları” axırda deputat da olurlar.
Mənim inəklərim həm milli çıxarlar, həm əxlaq, həm də təqsirsizlik prezumpsayisı baxımından hakimiyyətin muzdlu jurnalistlərindən dəfələrlə üst mərtəbədədir. Aşağıdakılar, özünüzü gözləyin!”.
www.aznews.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin