Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan QH sədrliyini Venesueladan təhvil almağa hazırlaşır
Ötən gün Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti nazirinin müavini Ruben Dario Molinanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, görüşdə müzakirə edilən əsas mövzu Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına (QH) sədrliyi və 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək QH-nin Zirvə Toplantısı çərçivəsində Azərbaycanın bu təşkilata sədrliyin Venesueladan təhvil alması məsələsi olub.
Həmçinin 2016-cı ildə imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu"nun müddəalarına uyğun olaraq məsləhətləşmələr çərçivəsində siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb."Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"