Riqada “Şərq tərəfdaşlığı” sammitinin Azərbaycan da daxil olmaqla bütün iştirakçıları yekun bəyannaməni imzaladılar.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Polşanın XİN başçısı Qjeqoj Sxetına bəyan edib.
“Bəli, Azərbaycan daxil olmaqla bütün iştirakçılar imzaladılar”, o deyib.
Öncə Azərbaycan sənədi imzalamaqdan imtina etməsi barədə məlumat yayılmışdı.
Litva prezidenti Dalya Qribauskayte öz növbəsində bəyan edib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin bəyannaməsi qəbul olunub və sənəddə Krımın işğalı sözü saxlanılıb.
“Əlbəttə ki, bunsuz bəyannamə qəbul olunmazdı”, - o jurnalistlərin sualına cavab verib.
“Şərq tərəfdaşlığı” proqramı Aİ-nin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi assosiasiyası və iqtisadi inteqrasiyasını nəzərdə tutur.
Son üç ölkə ötən il Aİ ilə assosiativ tərəfdaşlıq barədə saziş imzalayıblar.
16:37
Azərbaycan Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitinin yekun bəyannaməsini imzalamaqdan hələ imtina edir.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Martin Şults bəyan edib.
“Belə olmalıdır. Məndə son məlumat yoxdur. Lakin səhər və indi məsləhətləşmələr gedib və məhz Azərbaycan imzalamaqdan imtina edirdi”, - Şults deyib.
www.oxu.az