Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı taktiki təlimləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, hərbi mənbələrdən APA-ya verilən məlumata görə, təlimlər gələn ay olacaq.
Təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin yeni silah və texnikalarının tətbiqi nəzərdə tutulur. Hərbi tibb heyətinin hazırlıq səviyyəsinin yoxlanılacağı da gözlənilir.