Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qaçqın mədəniyyəti və “Red Bull” bankası
Mən həmişə ona qaçqınlar bazarındakı başqa satıcılardan daha yaxşı münasibət bəsləyirdim. Belə, xaricdən bu özünü heç bir şəkildə göstərmirdi, mənim ona və başqalarına münasibətim fərqlənmirdi. Lakin mənim üçün o, fərqli idi.
Nə ilə?
O, həmişə özünü son dərəcə nəzakətli aparır, daim gülümsəyir, mədəni davranırdı. Heç zaman “sən” ilə danışmaz, “Siz” deyə müraciət edərdi. Yoldan keçən qonşu qızların əndamına baxmazdı. Çəkidə aldatmırdı, meyvələrin arasında çürük meyvəni də sənə satmağa çalışmazdı. Paketə lazım olduğundan çox qoyar və qiymətləri artırmağa çalışmazdı.
Bir sözlə, nümunəvi satıcı və digərlərinin tam şəkildə nümunə götürə biləcəyi bir vətəndaş idi.
Və budur, dünən axşam uzun illərdir ki, özbaşına təşkil olnumuş bazarın yeganə sırası olan səki ilə gedirəm. Həmin satıcının dükanına bir neçə metr qalıb. Tanış siluet, bayıra çıxan əl və yola atılan içilmiş “Red Bull” bankası.
Necə? Nə üçün? Niyə görə öz dükanının qarşısındakı yola? Onun fikrincə, bu zibili kim yığışdırmalıdır? Dalandar? Yoxsa banka yoldan keçən qonşulardan bir neçə ağır zərbə aldıqdan sonra yolun kənarındakı hansısa gözəgörünməz deşiklərə düşəcək və budur, iş bitdi, hə?...
On illərdir ki, bu insanlar eyni yerdə dayanır, yaşadıqları yataqxananın yaxınlığında meyvə-tərəvəz satırlar. Axı necə ola bilər ki, bütün bu vaxt ərzində dükanın qarşısında zibil vedrəsi qoyulmasın və ya ən son variant kimi iş yerindən 50 metr aralanaraq, zibili yaxınlıqdakı zibil qabılarına atmasınlar?
Nə üçün? Nəyə görə kimsə neçə il şəhər həyatı yaşayıb özünü daha mədəni aparmağa öyrənməyib?
Mən azərbaycanlıların bizlərə - şəhərlilər və başqalarına bölünməsinin tərəfdarı deyiləm, hətta deyərdim ki, əleyhdarıyam. Və həqiqətən də başa düşürəm və görmüşəm ki, şəhər sakinlərinin arasında da insan cildində əsl donuzlar çoxdur.
Lakin yenə də, cənablar, axı nə üçün bizim uşaqlığı, yeniyetmə dövrü, gəncliyi şəhərdə keçməyən, taleyin iradəsi ilə paytaxta gəlib düşmüş (yeri gəlmişkən, təkcə Azərbaycanın paytaxtına yox) bir çox həmyerlilərimizdə öz mədəniyyətsizliyini yeritmək əvəzinə özünü daha yaxşı, mədəni aparmaq, şəhər sakinlərinin müsbət cəhətlərini götürmək istəyi yoxdur?
Düzünü desəm, mənim bu suala birmənalı olaraq dəqiq cavabım yoxdur. Bəlkə də, bu cavabı siz verə biləcəksiniz...
Və indi mənim üçün ən başlıcası - mən bilmirəm, indi bizim bir vaxtlar məcburiyyət qarşısında doğma yerlərini tərk etmiş və demək olar ki, hər gününü dükanın qarşısında keçirən digər həmyerlilərimizin fonunda ciddi şəkildə fərqləndirdiyim bu həmin qaçqın satıcıya necə münasibət bəsləyim...
Həmid Həmidov
Redaksiyanın rəyi müəllifin rəyi ilə üst-üstə düşməyə bilər
www.oxu.az
"Həmid Həmidov" teqi üzrə xəbərlər
- Həmid Həmidovla "Danışaq?": Əlixan Rəcəbov kino və erkən nikahlar haqqında
- "Danışaq?" layihəsinin növbəti qonağı oftalmoloq olub
- Həmid Həmidovla "Danışaq?" layihəsinin növbəti qonağı dünyaca məşhur caz ifaçısı Əzizə Mustafazadə
- Ulduz pasportu, qadınlar üçün "pikap": Həmid Həmidovla "Danışaq?"
- Həmid Həmidovla "Danışaq?": Rüfət Quliyev tramvaylar və tıxaclar haqqında