Füzuli və Mirzağa Əliyev küçələrinin kəsişməsində, Qış bulvarının altında yerləşən yeni ikimərtəbəli avtomobil dayanacağında 10 saatlıq parkinqə görə qiymətlər dəyişdirilib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, avtomobil dayanacağının əməkdaşları 10 saatlıq parkinqə görə qiymətlərin 4 manatdan 3 manatadək endirildiyini bildiriblər.
“Sürücülərin rahatlığı üçün biz parkinqdə 3 manat qarşılığında avtomobili saxlamaq müddətini 8 saatdan 10 saatadək artırdıq. Bu, sürücülərin maşınlarını bütün iş günü ərzində - 9 saat + işdən dayanacağa və əksinə yol üçün 1 saat – burada saxlamaları üçün edilib” – deyə, dayanacağın əməkdaşları bildiriblər.
Beləliklə, hazırda aşağıdakı vaxtlar üçün tariflər belədir: 0 – 1 saat 50 qəpik; 1-2 saat 1 manat; 2-4 saat 2 manat; 4-10 saat 3 manat; 10-12 saat 4 manat; 12-16 saat 5 manat; 16-24 saat 6 manat.
Aylıq abunə haqqı 100 manat təşkil edir. 
www.oxu.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin