Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib
Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, bu məqsədlə səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.
"Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir.
Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcək", - məlumatda deyilir.

"Suriya" teqi üzrə xəbərlər
- Aİ Suriyaya qarşı bəzi sanksiyaları dayandıracaq
- Suriyada "Hizbullah"a silah satan qruplaşmanın üzvləri SAXLANILDILAR
- Suriyada səfirliyimizin fəaliyyətə başlaması əlaqələrimizi yeni mərhələyə qaldıracaq
- Tramp Suriyada "Əl-Qaidə" başçılarından birinin məhv edildiyini açıqlayıb
- Rusiya və Suriya hərbi bazalar barədə razılığa gəlməyə yaxındırlar