Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib - YENİLƏNİB + FOTO
Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.
“Report” xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.
Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış ediblər.
Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.
Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
19:20
Türkiyə-Azərbaycan biznes forumu başlayıb.
“Report” xəbər verir ki, forumun açılış mərasimi Türkiyə Palatalar və Birjalar Birliyində baş tutub.
Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iştirak edirlər.
Forumda Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun çıxışları dinləniləcək.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Göyçayda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək
- Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan "Kaşalata" kafeni ziyarət edib
- COP29 çərçivəsində "KOB-ların yaşıl iqtisadiyyatda rolu" mövzusunda panel müzakirə təşkil olunub
- Orxan Məmmədov: "Biz qlobal KOB ekosistemini konsolidasiya etməyi hədəfləyirik"
- Orxan Məmmədov: "Biz kiçik şirkətlərin yaşıl keçidə transformasiyasına nail olacağıq"