Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan-Türkiyə hüquqi əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla Türkiyənin ədliyyə nazirinin müavini Həsən Yılmaz iki ölkə arasında hüquqi əlaqələrin genişləndirilməsini müzakirə edib.
Nazirlikdən verilən məlumata görə, görüşdə müttəfiqlik münasibətlərində hüquqi əlaqələrin xüsusi yer tutduğu, Ulu Öndərin Türkiyəyə tarixi səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Protokolun qarşılıqlı fəaliyyətin genişlənməsinə təkan verdiyi, müntəzəm qarşılıqlı səfərlərin bu məqsədə xidmət etdiyi vurğulanıb.
Məhkəmə-hüquq və ədliyyə, o cümlədən penitensiar sistemdə müasir çağırışlara uyğun aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə fikir mübadiləsi aparılaraq bu sahədə birgə tədbirlərin və təcrübə mübadiləsinin faydası qeyd edilib, əlaqələrin genişləndirilməsinə maraq göstərilib.
Qonaq Azərbaycanda özünü doğma Vətənindəki kimi hiss etdiyini bildirərək yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, hazırkı səfərin hüquqi sahədə əlaqələrimizin inkişafına xidmət etdiyini vurğulayıb.
Həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrə toxunularaq bu sahədə birgə tədbirlərin, eləcə də Ədliyyə Akademiyalarının təlim şəbəkəsinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsinə əlavə təkan verdiyi bildirilib, F.Məmmədov türk həmkarı Yılmaz Tunça salamlarını çatdırıb.
"Fikrət Məmmədov" teqi üzrə xəbərlər
- Fikrət Məmmədov daha bir vəzifəsini İTİRDİ
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Konstitusiya Məhkəməsinin yeni hakimi kimdir? - DOSYE
- Sabiq nazir Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
- Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi tövsiyə olunub