Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan və Ermənistan arasında saziş imzalandıqdan sonra Aİ missiyasının taleyi necə olacaq?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanmasından sonra Avropa İttifaqının (Aİ) müşahidə missiyasının taleyinin necə olacağı ilə bağlı açıqlama verib.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Mirzoyan parlamentdə bəyan edib ki, İrəvan hər zaman mülki missiya ilə əməkdaşlığın forma və mexanizmlərini müzakirə edə bilər.
"Əmin etmək istəyirəm ki, sülh sazişi imzalandığı zaman biz öz avropalı tərəfdaşlarımızla mülki missiya ilə bağlı qarşılıqlı məqbul və qarşılıqlı faydalı qərarlara gələcəyik", - deyə o qeyd edib.
Ötən gün razılaşdırıldığı məlum olan sazişin mətninin bəndlərindən biri Ermənistan-Azərbaycan sərhədində üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi ilə bağlıdır. Həmçinin Azərbaycanın Aİ missiyasının Ermənistanda mövcudluğuna qarşı çıxdığı da məlumdur.
Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-də 2 il müddətinə Ermənistanda yerləşdirilib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 nəfərdən) qədər genişləndirildiyini elan edib. 2024-cü ilin martında Ermənistan parlamenti Avropa İttifaqı ilə Aİ missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Saziş müşahidəçilərə toxunulmazlıq və imtiyazlar, o cümlədən saxlanılma və həbs toxunulmazlığı verir. Bu ilin yanvarında missiyanın mandatı 2027-ci il fevralın 19-dək iki il müddətinə, büdcəsi 44 milyon avro olmaqla uzadılıb.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Mirzoyan Bakı ilə sülh sazişi və ərazi bütövlüyünün tanınması haqqında: "Ərazilər göstərilməyib"
- Gürcüstan Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışladığını bəyan edib
- Çinin müvəqqəti işlər vəkili: "Azərbaycan Orta Dəhlizdə mühüm nöqtədir"
- Rusiyanın Ermənistandakı hərbi bazasında canlanma nə ilə bağlıdır?
- Avropa İttifaqının müşahidə missiyası yenidən sərhəddə: Durbinlə Qubadlı ərazisinə baxıblar