Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi qlobal təhlükəsizlik sistemini inkişaf etdirəcək” - RƏY
“Düşünürəm ki, fevral və ya martın əvvəllərində biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”.
Bunu “Report”a gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya deyib.
“Sülh müqaviləsinin imzalanması prosesində ciddi irəlləyişlər var. Bu müqavilə nəinki regionun təhlükəsizliyi üçün vacibdir, eləcə də qlobal təhlükəsizlik sistemini inkişaf etdirəcək”, - V.Maysaya bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan yeni ağlllı güc tətbiqini nümayiş etdirir:
“Burada həm ağıl, həm də lazım gəldikdə güc tətbiq olunur. Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında rolu çox böyükdür”.