Bratislava şəhərində ATƏT-in nazirlər görüşü çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilir.
17:01
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Bratislavada ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şefer ilə (ABŞ) görüşü başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb .
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edir.
Qeyd edək ki, E.Məmmədyarov Bratislavada ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək.
Aqşin Kərimov