Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan və İran XİN başçılarının Məşhəddə görüşü olub
İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, xarici işlər nazirləri iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrində Azərbaycan-İran əməkdaşlığından irəli gələn geniş spektrli məsələləri, həmçinin birgə təşəbbüs və layihələri müzakirə ediblər.
"Azərbaycanın rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətlərinin bərpasının tezliklə başa çatdırılmasının, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb", - məlumatda qeyd olunub.
Paylaşımı təqdim edirik:

On the sidelines of the 28th Meeting of the @eco_secretariat Council of Ministers in #Mashhad, #Iran, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan had a meeting with @Araghchi, Minister of Foreign Affairs of the Islamic Republic of Iran.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 3, 2024
Foreign… pic.twitter.com/8J2F1Rt70Z
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Azərbaycan və Rusiya XİN başçıları arasında məktub mübadiləsi olub
- Azərbaycan-Aİ əməkdaşlığının perspektivləri müzakirə olunub
- Azərbaycan və İran rəsmiləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
- İran prezidentinin müşaviri Azərbaycanda səfərdədir
- Ceyhun Bayramov Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib