Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sulutəpə qəsəbəsində həyətləri su basdı, küçələr KEÇİLMƏZ OLDU
Bu gün səhərdən yağan yağış Sulutəpə qəsəbəsində problem yaradıb.
Bununla bağlı Oxu.Az-a sakinlər şikayət ünvanlayıblar.
Qeyd olunub ki, yağış küçələri keçilməz hala salıb.
"Yağış suyu az imiş kimi, qəsəbədə yerləşən 10 nömrəli məktəbin qarşısındakı kanalizasiya borusu da partlayıb. Valideynlər uşaqları məktəbdən götürə bilmirlər. Bundan əlavə, ətrafdakı həyətləri də su basıb. Çıxılmaz vəziyyətdəyik", - deyə şikayətdə qeyd olunur.
Sakinlər çirkab suların həyətlərə, evlərə dolmaması üçün xalça-palazları darvazalarının altına düzüblər.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Əzizə İsmayılova
"Sulutəpə qəsəbəsi" teqi üzrə xəbərlər
- Binəqədidə məktəbin yaxınlığında sürü ilə İTLƏR DOLAŞIR
- Bacısının qətlində təqsirləndirilən şəxs psixiatrik müalicəyə göndərildi
- Sulutəpə qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilməsində niyə fasilə yaranıb?
- Siniflərə istilik qısa müddətə verilir, sonra dayandırılır: Şagirdlərin yarısı xəstədir - ŞİKAYƏT
- "Şagirdlər soyuq siniflərdə oturublar" - Sulutəpədə məktəbin işığı niyə kəsilib?