Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İtaliya baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsində paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, ticari, enerji, o cümlədən təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə edilib.
Tərəflər həmçinin Azərbaycanın COP29-a sədrliyi çərçivəsində mümkün olacaq potensial əməkdaşlıq sahələri, işğaldan azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Minister of Foreign Affairs of the Republic of #Azerbaijan 🇦🇿 @Bayramov_Jeyhun and Deputy Prime Minister and Minister of Foreign Affairs and International Cooperation of the Republic of #Italy 🇮🇹 @Antonio_Tajani met within the framework of #UNGA79 to discuss prospects of… pic.twitter.com/IrioSAkuS9
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 24, 2024
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Mevlüt Çavuşoğlunu ziyarət edərək başsağlığı verib
- XİN rəhbəri: "İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır"
- Ceyhun Bayramov: "Ermənistanla dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir"
- Mirzoyanla Bayramovun diplomatiya dueli: Nəticə nə oldu?
- Azərbaycan və Sloveniya XİN başçılarının görüşü keçirilib