Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb.
Oxu.Az bildirir ki, bu barədə məlumatı Pakistanın XİN başçısı Dar "X" sosial şəbəkə hesabında paylaşıb.
"Sir Bani Yas Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramov ilə görüşməyə və qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələləri müzakirə etməyə görə şadam", - deyə paylaşımda qeyd olunub.
Delighted to meet my brother, Jeyhun Bayramov, Foreign Minister of Azerbaijan @Bayramov_Jeyhun, on the sidelines of #SirBaniYasForum 2025 and discussed regional and bilateral matters of mutual interest. pic.twitter.com/GflsahP9oY
— Ishaq Dar (@MIshaqDar50) December 14, 2025